Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirində səkkizdəbir final mərhələsinin oyunları çərçivəsində SOCAR və “Səhiyyə Nazirliyi AEM” komandaları üz-üzə gəlib. Yasamal rayonundakı “Sportster” minifutbol meydançasında təşkil olunan qarşılaşmada SOCAR komandası rəqibinə 10:4 hesabı ilə qalib gəlib və dörddəbir finala yüksəlib.
