Dövlət qurumları arasında keçirilən 3×3 basketbol uzrə yarışda qadınlardan ibarət SOCAR komandası uğurla çıxış edərək gümüş medala layiq görülüb. Təmsilçimiz yarımfinal mərhələsində Gənclər və İdman Nazirliyinin komandasına 4:2 hesabı ilə qalib gələrək finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada Təhsil Nazirliyinin kollektivinə məğlub olan SOCAR komandası fəxri kürsünün ikinci pilləsində yer alıb.