Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında dövlət qurumları arasında üzgüçülük üzrə yarış keçirilib. Turnirdə 21 komandanın tərkibində 72 iştirakçı (60 kişi, 12 qadın) mübarizə aparıb.SOCAR komandası dördü kişi və dördü qadın olmaqla yarışda tam heyətlə çıxış edib. Kişilərin fərdi yarışında 50 metr məsafəyə sərbəst üsulla üzmədə təmsilçimiz Stanislav Baykov (“Azneft” İstehsalat Birliyinin Dalğıc Xidməti) ikinci yeri tutub. 4×50 metr estafet yarışında Cahan Qarayeva, Ülviyyə Cəbiyeva, Aysel Mikayılova və Aytən Abdinovadan (hamısı Bakı Ali Neft Məktəbi) ibarət qadın komandası, Stanislav Baykov, Yusif Ələsgərov, Asif Ələsgərov (hər üçü “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidməti) və Pyotr Kuvşinovdan (Bakı Ali Neft Məktəbi) ibarət kişi komandası və qarışıq komanda (Cahan Qarayeva, Ülviyyə Cəbiyeva, Stanislav Baykov, Pyotr Kuvşinov) da eyni uğuru təkrarlayıblar.