Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin qrup mərhələsində VII turun oyunları bu gün start götürüb.
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda B qrupunda çıxış edən SOCAR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin komandası ilə qarşılaşıb. Xətai rayonundakı “Azfar” meydançasında keçirilən görüş təmsilçimizin böyükhesablı qələbəsi ilə sona yetib – 10:1.









