• Mart 29, 2026
  • Redactor Neftchi
  • 0

Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində ikinci qrup mərhələsinin I turunun oyunlarına yekun vurulub.

Bu gün C qrupunda yer alan SOCAR komandası Vəkillər Kollegiyasının kollektivi ilə üz-üzə gəlib. Böyükşor Bulvarındakı “Azfar” meydançasında keçirilən qarşılaşmada komandamız rəqibinə 3:1 hesabı ilə qalib gəlib.