Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində ikinci turun oyunları keçirilib.
B qrupunda təmsil olunan SOCAR komandası “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollektivi ilə üz-üzə gəlib. Böyükşor Bulvarındakı “Azfar” stadionunda baş tutan görüşdə komandamız rəqibini 6:5 hesabı ilə məğlub edib.











