Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında minifutbol turnirində ilkin mərhələnin pley-off oyunlarına start verilib.
SOCAR komandası Qida Təhlükəsizliyi Agentliyinin kollektivi ilə üz-üzə gəlib. Səkkizinci mikrorayondakı “Azfar” stadionunda reallaşan görüşdə SOCAR komandası rəqibini 5:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, təmsilçimizin qollarının hamısın Ramil Mansurov vurub.