Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında minifutbol turnirində qrup mərhələsinin altıncı turunun oyunları sona yetib. Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə 52 dövlət qurumunun komandalarının iştirakı ilə keçirilən yarışda SOCAR komandası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kollektivi ilə üz-üzə gəlib. Səkkizinci mikrorayondakı “Azfar” stadionunda reallaşan qarşılaşmada təmsilçimizin aşkar üstünlüyü müşahidə olunub və SOCAR rəqibi üzərində 7:0 hesablı qələbə qazanıb.