Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında minifutbol turnirində ikinci mərhələnin birinci turunun oyunları keçirilib.
Bu tur çərçivəsində SOCAR komandası Mərkəzi Bankın kollektivi ilə qarşılaşıb. Böyükşor bulvarındakı “Azfar” stadionunda təşkil olunan matç SOCAR komandasının 2:0 hesablı qələbəsi ilə sona yetib. Təmsilçimizin heyətində Ramil Mansurov dubla imza atıb.