• Fevral 28, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində ilkin mərhələnin pley-off oyunlarına start verilib.
SOCAR komandası Dövlət Statistika Komitəsinin kollektivi ilə üz-üzə gəlib. Böyükşor Bulvarındakı “Azfar” meydançasında gerçəkləşən görüş təmsilçimizin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 8:2.