Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında minifutbol turnirində qrup mərhələsinin növbəti – sonuncu turunun oyunları keçirilib.
C qrupunda yer alan SOCAR komandası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kollektivi ilə üz-üzə gəlib. Böyükşor bulvarındakı “Azfar” stadionunda reallaşan qarşılaşmada SOCAR komandası rəqibini 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, bu qələbə sayəsində komandamız bir oyundan ibarət pley-of mərhələsinə vəsiqəni təmin edib. Cari ayda keçiriləcək bu qarşılaşmada təmsilçimizin rəqibi Qida Təhlükəsizliyi Agentliyi olacaq.