• Aprel 4, 2026
  • Redactor Neftchi
  • 0

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində ikinci qrup mərhələsinin II turunun oyunlarına start verilib.
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda C qrupunda təmsil olunan SOCAR komandası bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi ilə qarşılaşıb. Böyükşor Bulvarındakı “Azfar” meydançasında baş tutan qarşılaşmada qalib müəyyənləşməyib və matç 1:1 hesablı bərabərliklə bitib.