
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında lll minifutbol turniri davam edir.
B qrupunda yer alan SOCAR komandası beşinci turda Azərbaycan Dövlət İnformasiya Agentliyinin kollektivi ilə üz-üzə gəlib. Səkkizinci mikrorayondakı “Azfar” stadionunda baş tutan qarşılaşmada komandamız rəqibi üzərində böyükhesablı qələbə qazanıb – 9:0.