Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında minifutbol turnirinin qrup mərhələsində sərt hava səbəbindən təxirə salınmış turun oyunları keçirilib.
C qrupunda təmsil olunan SOCAR komandası Beynəlxalq Bankın kollektivi ilə qarşılaşıb. Xətai rayonundakı “Azfar” stadionunda təşkil olunan matçda daha baxımlı oyun sərgiləyən SOCAR komandası rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb.