
Bu gün “Konstitusiya və Suverenlik İli” çərçivəsində Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib. Bakı Atletika Mərkəzində baş tutan turnirdə 11 dövlət qurumunu 42 iştirakçı (32 kişi, 10 qadın) qalib adı uğrunda yarışıb.
Uzunluğa tullanma üzrə mübarizədə SOCAR komandasının təmsilçilərindən Esmira Nəsrəddinova qadınlar arasında, Rüstəm Rüstəmov isə kişilər arasında üçüncü yeri tutub.







