Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında minifutbol turnirinin qrup mərhələsində növbəti turun oyunları keçirilib.
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə 52 dövlət qurumunun komandalarının iştirak etdiyi yarışda C qrupunda təmsil olunan SOCAR komandası Nazirlər Kabinetinin kollektivi ilə üz-üzə gəlib. Böyükşor bulvarındakı “Azfar” stadionunda təşkil olunan görüş ilk dəqiqələrdə gərgin mübarizə şəraitində keçsə də, sonradan oyuna nəzarəti ələ alan SOCAR komandası inamla mübarizə apararaq rəqibi üzərində 4:1 hesablı qələbə qazanıb.