• May 25, 2026
  • Redactor Neftchi
  • 0

Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında yeniyetmələr və gənclər arasında Bakı birinciliyi keçirilib. İki gün davam edən yarışda sablya və şpaqa növləri üzrə qaliblər müəyyənləşib.
“Neftçi” İdman Klubunun qılıncoynadanlarından ikisi şpaqa növündə mükafat qazanıb. Gənclər arasında təşkil olunan yarışda Mirxətai Məmmədov gümüş medala layiq görülüb. Qızların mübarizəsində isə Nəzrin Mehdiyeva üçüncü yeri tutub.