“Neftçi” İdman Klubunun təmsilçisi Süleyman Şükürov İspaniyanın Malaqa şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku yarışında mükafatçılar arasında yer alıb. Səksən bir kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 21 ölkədən 351 cüdoçunun qatıldığı yarışda inamla mübarizə apararaq qızıl medala sahib olub.