Yunanıstanın Lutraki şəhərində sumo üzrə U-21, U-23 və böyüklər arasında Avropa çempionatı keçirilib.
“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan təmsilçilərindən Abdullah Şərif (85 kq) U-21 yaş kateqoriyasında qızıl, U-23 yaş kateqoriyasında isə gümüş medala yiyələnib.
Böyüklər arasında təşkil olunan yarışda Çingiz Səmədov (100 kq) ikinci, Abdullah Şərif (85 kq) isə üçüncü yeri tutub.