“Neftçi” İdman Klubunun sumoçusu Abdullah Şərif İsveçrənin Renan şəhərində on səkkiz yaşadək yeniyetmələr (U-18) arasında keçirilən Avropa birinciliyində mükafatçılar sırasında yer alıb. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz qitə birinciliyinin gümüş medalına sahib olub.
İdmançımız komanda yarışında da çıxış edib və fəxri kürsünün üçüncü pilləsinə qalxıb.