“Dağçılıq” İdman Klubunun səmti müəyyənetmə üzrə açıq birinciliyi keçirilib.
Nabran qəsəbəsindəki meşə zolağında reallaşan yarışda “Neftçi” İdman Klubunun təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər. İdmançılarımızdan Vladislav Tuzov kişilər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Maksim Baxoldin isə bürünc medala layiq görülüb.
Xanım idmançılar arasında keçirilən yarışda isə Sevda Verdiyeva qalib adını qazanıb.