• Oktyabr 29, 2025
  • Redactor Neftchi
  • 0

Türkiyənin Kahramanmaraş şəhərində karakucak güləşi üzrə ilk dünya çempionatı keçirilib. Yarışda 107 idmançı müxtəlif yaş kateqoriyalarında mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri turnirin 3 medalına yiyələniblər. İdmançılarımızdan Hacalı Qasımov (75 kq) gümüş medala layiq görülüb. Məhəmməd Abbaszadə (85 kq) və Rəvan Musayev (+90 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.