Taekvondo üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində gerçəkləşən turnirə paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu qatılıb.
“Neftçi” İdman Klubunun yetirmələrindən Saleh Heydərov (63 kq) gənclər arasında keçirilən yarışda bürünc medala yiyələnib. Böyüklərin mübarizəsində isə Mehdi Budaqlı (54 kq) eyni uğuru təkrarlayıb.

