Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına yekun vurulub.Bakı İdman Sarayında keçirilən yarışda “Neftçi” İdman Klubunun təmsilçilərindən Yaşar Məmmədli (68 kq) böyüklər arasında rəqib tanımayaraq çempionluq titulu qazanıb. Səmərrux Osmanova (53 kq), Meylin Məmmədli (57 kq) və Ceyhun Həsənli (+87 kq) isə üçüncü yeri tutublar.Gənclərin mübarizəsində Nilufər Boji (46 kq) və Nərmin Ənsari (68 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İslam Əhmədzadə (59 kq) gümüş, Aslan Hənifəyev (45 kq), Zöhrə Məmmədova (52 kq) və Fatimə Abdullayeva (55 kq) isə bürünc medala yiyələniblər.Yeniyetmə taekvondoçular yeni qaydalara uyğun boylarının ölçülərinə (148 sm-dən 180 sm-dək) əsasən yarışıblar. Bu yaş qrupunda klubumuzun yetirmələrindən Gülnar Rəsulzadə (160 sm) qalib adını qazanıb. Digər idmançımız Mənsur Aşurov (160 sm) isə gümüş medala layiq görülüb.Parataekvondoçularımızdan Sabir Zeynalov (58 kq), Amin Şıxəliyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) heç bir qarşılaşmada məğlub olmayaraq liderliyə yüksəliblər. Sadiq Həmidov (63 kq), Samir Əliyev (70 kq) və Ayaz Hüseynli (80 kq) ikinci, Sərvan Məmmədli (80 kq) isə üçüncü yeri tutub.