“Neftçi” İdman Klubunun taekvondoçusu Saleh Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərində yeniyetmələr arasında keçirilən dünya birinciliyində mükafata layiq görülüb. Əlli yeddi kiloqram çəki dərəcəsində çıxış edən idmançımız nüfuzlu yarışın bürünc medalına yiyələnib.