Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.
“Neftçi” İdman Klubunun şahmatçısı Teymur Rəcəbovun mövqeyi dəyişməyib. Təmsilçimiz 2745 xalla 14-cü pillədə qərarlaşıb.
Siyahıya norveçli Maqnus Karlsen (2829) başçılıq edir. İkinci pillədə ABŞ şahmatçısı Fabiano Karuana (2795), üçüncü sırada isə çinli Din Liren (2780) yer alıb.