
Qəbələdə on bir yaşadək (U-11) futbolçular arasında 26 İyun – Silahlı Qüvvələr gününə hesr olunmuş turnir keçirilib. Yarışda 8 komanda hərəsində dördü olmaqla iki qrupda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçisi qrup mərhələsində “Çinar Göyçay” (14:0), “Gənclik” (7:1) və “Lokomotiv Ucar” (5:2) komandalarını məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə “Zaqatala Siti”yə 5:2 hesabı ilə qalib gələn futbolçularımız finala yüksəliblər. Həlledici qarşılaşmada yenidən “Gənclik” komandası ilə üz-üzə kələn təmsilçimiz rəqibi üzərində 4:0 hesablı qələbə qazanıb və turnirin qalibi olub.
Qeyd edək ki, komandamızın üzvü Muhammed Məmmədli turnirin ən yaxşı oyunçusu seçilib.





