On iki yaşlı futbolçulardan ibarət (U-12) komandalar arasında keçirilən “Sabahın ulduzları” paytaxt çempionatına yekun vurulub.
Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə “Neftçi” İdman Klubunun komandası bürünc medala layiq görülüb.
Bundan əlavə, Babək Həsənovun yetirmələrindən Elmin Mustafazadə “Ən məhsuldar oyunçu” nominasiyasının qalibi olub.
Keçirilən mükafatlandırma mərasimində kiçikyaşlı futbolçularımıza mükafatları Bakı Futbol Federasiyasının vitse-prezidenti Mahir Süleymanov, “Qaradağ Lökbatan” Peşəkar Futbol Klubunun direktoru Bəbir Həsənov və “Neftçi” İdman Klubu Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov təqdim ediblər.