AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupu üzrə liqalarda növbəti turun oyunları keçirilib.

“Neftçi” İdman Klubunun bu turda çıxış edən on üç yaşlılardan ibarət futbol komandası PFA ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini 3:0 hesabı ilə məğlub edib. Kiçikyaşlı futbolçularımızdan Elman Rüstəmzadə dubl edib. Digər qola isə Əkbər Əkbərov imza atıb.