
“Neftçi” İdman Klubunun on dörd yaşlılardan ibarət futbol komandası AFFA-nın təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatında dörddəbir finala vəsiqə qazanıb.
Təmsilçimiz səkkizdəbir final mərhələsinin cavab oyununda yenidən “Metak” (Qusar) komandası ilə qarşılaşıb. Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşün əsas vaxtı rəqibin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Mərhələnin ilk oyununda komandamız 2:1 hesablı qələbə qazandığından ümumi hesab bərabərləşib – 2:2. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Matçın 105-ci dəqiqəsində “Neftçi”nin heyətində İbrahim Cəlalov bərabərlik qolunu vurub. Bununla da ümumi hesabda 3:2 önə keçən Araz Əliyevin yetirmələri dörddəbir finala vəsiqəni təmin ediblər.
Qeyd edək ki, təmsilçimizin dörddəbir finaldakı rəqibi “Sabah” komandası olacaq.