
“Neftçi” İdman Klubunun on dörd yaşlılardan ibarət futbol komandası AFFA-nın təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatında pley-offun ikinci qrup mərhələsində sonuncu oyununa çıxıb. Təmsilçimiz Sumqayıtda “Caspian”la qarşılaşıb. Araz Əliyevin rəhbərlik etdiyi kollektiv rəqibi üzərində 7:2 hesabı ilə qələbə qazanıb və 19 xalla (6 qələbə, 1 heç-heçə) qrup lideri kimi səkkizdəbir finala yüksəlib.