
“Neftçi” İdman Klubunun on dörd yaşlılardan ibarət futbol komandası AFFA-nın təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatında səkkizdəbir final mərhələsinin ilk oyununa çıxıb. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda reallaşan qarşılaşmada təmsilçimiz “Metak” (Qusar) komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matç komandamızın 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. “Neftçi”nin heyətində Kənan Tağıyev dubla imza atıb.
Qeyd edək ki, bu mərhələnin cavab oyunu gələn həftə təşkil olunacaq.