AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupu üzrə liqaların növbəti turunda daha bir komandamız qələbə qazanıb. “Neftçi” İdman Klubunun on dörd yaşlılardan ibarət futbol komandası onuncu turda ASTA futbol klubunun kollektivi ilə qarşılaşıb. Təmsilçimizin aşkar üstünlüyü şəraitində keçən matçda komandamız 7:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-14 komandamız keçirdiyi 10 oyunun hamısın qələbə ilə başa vurub və hazırda 30 xalla turnir cədvəlinin lideridir. Rəqib qapılarına 82 dəfə yol tapan komandamız indiyədək 5 qol buraxıb.Onu da əlavə edək ki, çempionatın bombardiri 19 qola imza atmış futbolçumuz Fərid Yarəliyevdi.