AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında XX turun oyunları keçirilib.“Neftçi” İdman Klubunun on yeddi yaşlılardan ibarət futbol komandası bu turda “Səbail”lə qarşılaşıb. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında baş tutan gərgin görüşdə təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızın heyətində Vüsal Zülfüqarlı və Fərhad Rzazadə rəqib qapısına yol tapıblar.