AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17  Liqasında XI turun oyunları keçirilib. Bu tur çərçivəsində “Neftçi” İdman Klubunun on yeddi yaşlılardan ibarət futbol komandası “Kəpəz”lə qarşılaşıb. Gəncə şəhər stadionunda baş tutan matçda qalib müəyyənləşməyib və oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb. Təmsilçimizin heyətində Elmir Əkbərov fərqlənib.