AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17  Liqasında X turun oyunları keçirilib. “Neftçi” İdman Klubunun on yeddi yaşlılardan ibarət futbol komandası bu turda “Araz-Naxçıvan”la üz-üzə gəlib.
Milli Aviasiya Akademiyasının meydançasında təşkil olunan oyunda təmsilçimiz 2-1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarına Əli Əliyev və Elmir Əsgərov imza atıblar.
Qeyd edək ki, on üç yaşlılardan ibarət komandamız EFA ilə qarşılaşıb. Oyun 1-1 hesablı heç-heçə ilə nəticələnib.