AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında XIV turun oyunları keçirilib.
“Neftçi” İdman Klubunun on yeddi yaşlılardan ibarət futbol komandası bu turda İsgəndər Cavadov Bakı Futbol Akademiyasının kollektivi ilə üz-üzə gəlib. Abşeron Olimpiya İdman Kompleksində reallaşan görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Arsen Xəlilov və Səmral Hüseynov fərqləniblər.