“Neftçi” İdman Klubunun sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medala sahib olub. Yetmiş kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu final görüşündə iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klubumuzun digər təmsilçisi Əli Rəhimzadə (65) finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu tituluna yiyələnib. Yetmiş dörd kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov isə final görüşündə İran pəhləvanını böyük xal fərqi ilə məğlub edərək dünya çempionatının qızıl medalını qazanıb.