“Neftçi” İdman Klubunun 3 parataekvondoçusu Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Təmsilçilərimiz Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) reytinq cədvəlinə əsasən paralimpiadaya vəsiqə əldə ediblər. İdmançılarımızın hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, altılıqda yer alacağı rəsmiləşib.Qeyd edək ki, parataekvondoçularımız Parisdə K-44 kateqoriyasında mübarizə aparacaqlar.