
“Neftçi” İdman Klubunun on dörd yaşlılardan ibarət futbol komandası AFFA-nın təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatında uğurlu çıxışını davam etdirir. Bu gün pley-offun ikinci qrup mərhələsində keçirilən VI turun oyunları çərçivəsində təmsilçimiz “Şirvansaray” komandası ilə üz-üzə gəlib. “Record Arena”da təşkil olunan qarşılaşma Araz Əliyevin yetirmələrinin aşkar üstünlüyü şəraitində keçib və komandamızın 7:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-14 komandamız çempionatın ilkin qrup mərhələsində 15 oyunda (15 qələbə) 112 qol vurub, 7 top buraxmışdısa, pley-offun ikinci qrup mərhələsində 6 oyunda (5 qələbə, 1 heç-heçə) 26 qol vurub, 8 top buraxıb və hazırda 16 xalla turnir cədvəlinin lideridir.
