Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən uşu üzrə açıq  Baltik çempionatı sona yetib.

“Neftçi”  İdman Klubu yarışda 7 nəfərlə təmsil olunub. Gərgin mübarizə şəraitində keçən turnirdə təmsilçilərimiz inamla çıxış edərək 4 qızıl medala sahib olublar. İdmançılarımızdan Hikmət  Nəsrullazadə  (45 kq), Əbülfəz Yaqubov (52 kq) və Cüneyit Qəribov (75 kq)  bütün rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Veteranlar arasında təşkil olunan yarışda isə Elnur Alıyev (80 kq) eyni uğura imza ataraq çempionatın qalibi adını qazanıb.