Abşeron Olimpiya İdman Kompleksində kadetlər, yeniyetmələr və gənclər arasında uşu üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda 30 komandanın tərkibində 400 idmançı medallar uğrunda mübarizə aparıb.
Birinciliyə 35 idmançı ilə qatılan “Neftçi” İdman Klubunun təmsilçiləri uğurla çıxış edərək 3 qızıl, 9 bürünc medal qazanıblar və kadetlər arasında komanda hesabında birinci yeri tutublar.
İdmançılarımızdan Raul Əliyev (27 kq), Sənan İsgəndərzadə (33 kq) və Raul Həsənov (56 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq kadetlər arasında ölkə çempionu olublar. Həsənağa İsrafilli (24 kq), Şakir Fərəcov (33 kq), Aqil Dadaşlı (36 kq) və Rəis Fərəcov (45 kq) isə bürünc medala layiq görülüblər.
Yeniyetmələrin mübarizəsində Əli Məmmədov (45 kq), Əbülfəz Yaqubov (52 kq) və Fərrux Baxşıyev (65 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Gənc idmançılarımızdan isə Eyyub Musayevlə (52 kq) Məhəmmədəli Ələkbərov (65 kq) eyni uğuru təkrarlayaraq yarışın bürünc medalını qazanıblar.