Şəki Olimpiya İdman Kompleksində uşaqlar və yeniyetmələr arasında uşu üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda ölkənin müxtəlif bölgələrindən 22 komandanın tərkibində 225 idmançı medallar uğrunda mübarizə aparıb.”Neftçi” İdman Klubunun yetirmələri bütün yaş qruplarında mükafatçılar arasında yer alıb.Uşuçularımızdan Əbülfəz Yaqubov (56 kq) 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 3-cü yeri tutub. 2010-2011-ci il təvəllüdlülərdə Cüneyt Qəribov (+70 kq) gümüş, Əli Əhmədli (42 kq) isə bürünc medal qazanıb. 2012-2013-cü il təvəllüdlü idmançılar arasında Emin Xancalı (30 kq), Rəsul Binnətzadə (36 kq), Mahir Sadıqov (33 kq), Həsən Qürbətov (39 kq) və Rəis Fərəcov (42 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar. 2014-2015-ci il təvəllüdlülərdə Eldar Abiyev (30 kq) və Sənan İsgəndərov (36 kq) gümüş, Aqil Dadaşlı (30 kq) və Şakir Fərəcov (36 kq) isə bürünc medala layiq görülüblər. Digər idmançımız Ayaz Dadaşlı (27 kq) isə 2016-2017-ci illər təvəllüdülü idmançılar arasında ölkə ikincisi olub.