• Noyabr 20, 2025
  • Redactor Neftchi
  • 0

Bu gün Səudiyyə Ərəbsitanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma yarışlarna yekun vurulub. Son yarış günündə sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib. Yarımfinalda Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komandamız gərgin keçən final qarşılaşmasnda Özbəkistan yığmasını 45:43 hesab ilə məğlub edib və qızıl medala sahib olub.

Qeyd edək ki, Zərifə Hüseynova və Səbinə Kərimova “Neftçi” İdman Klubunu təmsil edirlər.