“Neftçi” İdman Klubunun güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən “2025 H&N” kubokunda bürünc medala yiyələnib. İdmançımız oğlanlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 217.1 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.