Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII turun oyunlarına start verilib.
“Neftçi” ilin ilk turunda “Gənclər” komandası ilə qarşılaşıb. Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan görüş təmsilçimizin 3:0 (25:10, 25:10, 25:23) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, hazırda komandamız 18 xalla turnir cədvəlinin lideridir.









