Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Voleybol Mərkəzində baş tutan qarşılaşmada “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Görüş təmsilçimizin üstünlüyü ilə başlayıb. İlk iki hissəni qalib başa vuran komandamız gərgin keçən üçüncü hissədə məğlub olub. Rəqib hesab arasındakı fərqi azaltsa da, dördüncü set oyunda sonuncu olub. Belə ki, bu hissədə yenidən təşəbbüsü ələ alan “Neftçi” qarşılaşmanı 3:1 (25:19, 25:23, 19:25, 25:22) hesablı qələbə ilə başa vurub.