Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Voleybol Mərkəzində baş tutan görüşdə “Neftçi” MOİK ilə üz-üzə gəlib. Matçın qalibi 3 setdə müəyyənləşib. Pərviz Səmədovun yetirmələri daha yaxşı oyun nümayiş etdirib və komandamız 3:0 hesablı (11:25, 13:25, 15:25) qələbə qazanıb.