Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
“Neftçi” bu tur çərçivəsində MOİK-lə üz-üzə gəlib. “Murov Az Terminal” Voleybol Klubunun idman zalında baş tutan görüşdə komandamız əzmkar oyun nümayiş etdirib və rəqibi üzərində 3:0 (25:22, 25:17, 27:25) hesablı qələbə qazanıb.