Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) növbəti turun oyunlarına start verilib.
“Neftçi” bu tur çərçivəsində MOİK-lə üz-üzə gəlib. “Murov Az Terminal” Voleybol Klubunun idman zalında təşkil olunan qarşılaşmada komandamız rəqibini 3:0 (15:25, 23:25, 17:25) hesabı ilə məğlubiyyətə uğradıb.